U-19 yığmamız albanlarla son matçdan heç-heçə ilə ayrıldı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Albaniyanın Elbasan şəhərində təlim-məşq toplanışındadır.

Arena.az xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı yığmamız bu gün hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb.

Komandamızın üzvləri yenə albaniyalı yaşıdları ilə üz-üzə gəliblər. Qarşılaşma qolsuz başa çatıb.

Xatırladaq ki, bu komandalar arasında sentyabrın 9-da keçirilmiş ilk oyunda Azərbaycan millisi 0:2 hesabıyla məğlub olmuşdu.

Onu da qeyd edək ki, U-19 yığmamız Albaniyaya bu heyətlə yollanıb:

  1. Xəyal Fərzullayev – Sumqayıt
  2. Rəvan Mirzəmmədov – Sabah
  3. Musa Məmmədov – Qarabağ
  4. Zaman Zamanlı – Səbail
  5. Saleh Süleymanov – Cəbrayıl
  6. Eşqin Əhmədov – Qəbələ
  7. Ravil Qafarov – Qəbələ
  8. Rüfət Abbasov – Neftçi
  9. Uğur Səfərov – Qarabağ
  10. Elgün Dünyamalıyev – Sabah
  11. Arzu Atakişiyev – Kəpəz
  12. Şahin Şahniyarov – Qəbələ
  13. Murad Ələkbərov – Zirə
  14. Edqar Adilxanov – Şamaxı
  15. Adəm Topalov – Səbail
  16. İbrahim İbrahimli – Qarabağ
  17. Murad Məmmədov – Neftçi
  18. Sənan Ağalarov – Qəbələ
  19. Sadiq Şəfiyev – Turan Tovuz
  20. Nihat Mehrəliyev – Qarabağ
  21. Xəyyam Məmmədli – Qəbələ
  22. Raul Hacıyev – Rustavi (Gürcüstan)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: