19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) Qəbələdə təlim-məşq toplanışına başlayıb.
Arena.az xəbər verir ki, millimiz noyabrın 13-dən 22-nə qədər Lüksemburqda təşkil ediləcək Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində iştirak edəcək.
Komandamız seçmə mərhələ oyunlarına məhz Qəbələdə hazırlaşır. Hazırlıq mərhələsi noyabrın 12-nə qədər davam edəcək. Baş məşqçi Aqil Nəbiyev Qəbələ toplanışı üçün 20 futbolçuya dəvət göndərib. AÇ-2024-ün seçmə mərhələsində iştirak edəcək yekun heyət toplanışdan sonra müəyyənləşəcək.
Təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:
- Xəyal Fərzullayev – Sumqayıt
- Rəvan Mirzəmmədov – Sabah
- Sadiq Məmmədzadə – Səbail
- Əkbər Eyyubov – Səbail
- Hüseyn Hüseynov – Turan Tovuz
- Zaman Zamanlı – Səbail
- Rüfət Abbasov – Neftçi
- Saleh Süleymanov – Cəbrayıl
- Nihad Əliyev – Neftçi
- Arzu Atakişiyev – Kəpəz
- Uğur Səfərov – Qarabağ
- Fəxri Məmmədli – Sabah
- Murad Ələkbərov – Zirə
- Adəm Topalov – Səbail
- Murad Məmmədov – Neftçi
- Sadiq Şəfiyev – Turan Tovuz
- İftixar İbrahimov – Səbail
- Həmzaəlı Mikayılov – Sabah
- Tuncay Cəfərli – Sabah
- Cavid Qasımov – Turan Tovuz
Qeyd edək ki, Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində Bosniya və Herseqovina, Niderland və Lüksemburq yığmaları ilə bir qrupda mübarizə aparacaq. Millimiz noyabrın 15-də bosniyalılarla, 18-də hollandlarla, ayın 21-də isə meydan sahibləri ilə üz-üzə gələcək. Qrupda ilk iki yeri tutan komandalar elit raunda vəsiqə qazanacaqlar.


