U-19 yığmamızdan MOİK-lə heç-heçə

Bakıda seleksiya xarakterli təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ilk sınaq matçına çıxıb.

Arena.az xəbər verir ki, baş məşqçi Aqil Nəbiyev yetirmələrini Birinci Liqa təmsilçisi MOİK-lə görüşdə sınaqdan keçirib.

Dörd qolun qeydə alındığı oyunda millimiz 2:2 hesablı heç-heçəyə razılaşıb. Milli komandanın qollarını İbrahim İbrahimli və Uğur Səfərov vurub.

U-19 yığmamız növbəti oyununu sabah “İmişli” komandasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: