21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) noyabr ayında keçirəcəyi iki oyun üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, millimiz beynəlxalq yoldaşlıq oyunu çərçivəsində noyabrın 17-də “Dalğa Arena”da Latviya yığması ilə üz-üzə gələcək.
Bundan 4 gün sonra isə komandamızı Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsi çərçivəsində Ukrayna yığması ilə səfər oyunu gözləyir. Sözügedən qarşılaşma noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçiriləcək.
U-21 yığmamızın baş məşqçisi Samir Əliyev sözügedən oyunlar üçün heyətə 23 futbolçu dəvət edib:
- Amin Ramazanov – Qarabağ
- Rüstəm Samiqullin – Sabah
- Eldar Tağızadə – Luqo (İspaniya)
- Süleyman Damadayev – Şamaxı
- Hüseyn Babayev – Neftçi
- Mahir Həsənov – Kəpəz
- Nemət Şıxamirov – Sumqayıt
- Abdulla Rzayev – Araz-Naxçıvan
- Rüfət Əhmədov – Kəpəz
- Mirəli Əhmədov – Araz-Naxçıvan
- Ayxan Süleymanlı – Sumqayıt
- Qurban Səfərov – Şamaxı
- Nazim Həsənzadə – Zirə
- Camal Cəfərov – Sabah
- Ramin Nəsirli – Dauqavpils (Latviya)
- Samir Məhərrəmli – Şamaxı
- Murad Vəliyev – Levadiya (Tallin, Estoniya)
- Fərid Yusifli – Neftçi
- Veysəl Rzayev – Turan Tovuz
- Zeynəddin Abdurahmanov – Səbail
- Samir Abdullayev – Səbail
- Xəyal Əliyev – Sabah
- Ağadadaş Salyanski – Neftçi


