UEFA Azərbaycan 9 klubuna 2 milyon avro ödəniş etdi

UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycan Premyer Liqasının 9 klubuna ödəniş edib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu ödəniş yalnız son ölkə çempionu “Qarabağ”a şamil edilməyib. Məsələ burasındadır ki, Ağdam klubu onsuz da qitəmiqyaslı yarışlarda iştirak etdiyi üçün UEFA-dan fərqli gəlirlər əldə edir.

2022/2023 mövsümü üçün ayrılmış 1 milyon 955 min avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: