UEFA Çempionlar Liqası və UEFA Avropa Konfrans Liqasının 2021/22 mövsümünün təsnifat mərhələsində iştirak edən klublar üçün UEFA tərəfindən vəsait ayrılıb.
Arena.az xəbər verir ki, Azərbaycan klublarına da maliyyə vəsaiti ödənilib. Vəsaitlər AFFA-nın vasitəçiliyi ilə klublarımızın hesabına köçürülüb.
Həmin klublar bunlardır:
“Neftçi” – 200 000 avro
“Keşlə” – 450 000 avro
“Sumqayıt” – 450 000 avro
“Qarabağ” – 100 000 avro
Qeyd edək ki, Avropa Konfrans Liqasında mübarizə aparmış “Keşlə” və “Sumqayıt” klubları mübarizəni elə ilk mərhələdəcə dayandırıb. “Qarabağ” isə bu turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. Mübarizəyə UEFA Çempionlar Liqasından başlamış “Neftçi” isə əvvəlcə bu turnirdə, daha sonra Avropa Liqasında mübarizəni dayandırdı. Paytaxt təmsilçisi də “Qarabağ” kimi Konfrans Liqasının pley-offunda mübarizə aparmaq hüququ qazanıb.


