UEFA Çempionlar Liqasında 2-ci mərhələnin bütün cütləri

Futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 2-ci təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu mərhələdə Polşanın “Rakuv” komandası ilə qarşılaşacaq.

Ağdam təmsilçisi növbəti mərhələdə də ilk görüşü səfərdə, cavab matçını evdə keçirəcək.

Bütövlükdə bu mərhələdə Çempionlar Yolunda 10, Liqa Yolunda isə iki cüt 3-cü raunda vəsiqə uğrunda mübarizə aparacaq.

Çempionlar Yolunda 5 komanda – “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Qalatasaray” (Türkiyə), “Molde” (Norveç) və “Aris” (Kipr) bu raunddan mübarizəyə qoşulacaq. Qalan 15 komanda isə 1-ci təsnifat mərhələsinin qalibləridir.

Liqa Yolunda isə cəmi 4 komanda – “Genk” (Belçika), “Dnepr” (Ukrayna), “Servett” (İsveçrə), “Panatinaikos” (Yunanıstan) mübarizə aparacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları 25-26 iyulda keçiriləcək. Bu mərhələnin cavab görüşləri də 1-2 avqustda baş tutacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi

Çempionlar Yolu

“Jalgiris” (Litva) – “Qalatasaray” (Türkiyə)

“Ludoqorets” (Bolqarıstan) – “Olimpiya” (Lyublyana, Sloveniya)

“Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)

“Klaksvik” (Farer adaları) – “Haken” (İsveç)

HJK (Finlandiya) – “Molde” (Norveç)

“Breydablik” (İslandiya) – “Kopenhagen” (Danimarka)

“Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail)

“Aris” (Kipr) – BATE (Belarus)

“Zrinski” (Bosniya və Herseqovina) – “Slovan” (Bratislava, Slovakiya)

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan)

Liqa Yolu

“Dnepr” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan)

“Servett” (İsveçrə) – “Genk” (Belçika)

Xəbəri sosial şəbəkələrdə paylaş: