Bu gün UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsində 2-ci turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub.
Günün əsas oyunlarından biri A Liqasının birinci qrupunda Türkiyə və İtaliya milliləri arasında keçirilib. Qardaş ölkə təmsilçisi bu oyunda böyük hesabla məğlub olub.
Eyni qrupda Belçika Fransanı qəbul edib. Bu görüşdə də qonaqlar qələbəyə sevinin tərəf olublar.
B Liqasında Gürcüstan Ukraynanı, Şimali İrlandiya Macarıstanı qəbul edib. Bu matçlar qolsuz yekunlaşıb. Rumıniya evdə Bosniya və Herseqovinaya uduzubsa, İsveç Polşanı xalsız yola salıb.
C Liqasının ikinci qrupunda Ermənistan evdə Monteneqroya uduzub. Latviya isə Kiprlə ev oyunundan 1 xalla ayrılıb.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti matçını oktyabrın 1-də doğma meydanda Lixtenşteynə qarşı keçirəcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
28 sentyabr
A Liqası, 1-ci qrup
Türkiyə – İtaliya 1:4
Belçika – Fransa 0:1
Xallar: Fransa – 6. Belçika – 3. İtaliya – 3. Türkiyə – 0.
B Liqası, 2-ci qrup
Gürcüstan – Ukrayna 0:0
Şimali İrlandiya – Macarıstan 0:0
Xallar: Şimali İrlandiya – 4. Ukrayna – 4. Gürcüstan – 1. Macarıstan – 1.
B Liqası, 4-cü qrup
İsveç – Polşa 3:1
Rumıniya – Bosniya və Herseqovina 2:4
Xallar: İsveç – 6. Bosniya və Herseqovina – 4. Polşa – 1. Rumıniya – 0.
C Liqası, 2-ci qrup
Ermənistan – Monteneqro 2:3
Latviya – Kipr 0:0
Xallar: Monteneqro – 6. Ermənistan – 3. Kipr – 1. Latviya – 1.


