UEFA “Qarabağ” üçün 1 milyon avrodan çox vəsait ayırdı

UEFA “Qarabağ” futbol klubuna növbəti dəfə maliyyə yardımı edib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Avropa Konfrans Liqasının qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə Ağdam klubuna UEFA tərəfindən 666 min avro ödənilib. “Qarabağ”a bu turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-off mərhələsinə vəsiqə qazandığı üçün 325 min avro irəli düşüb. Həmçinin Azərbaycan təmsilçisinə əlavə bonus olaraq 187 200 avro maliyyə vəsaiti ayrılıb.

Ümumilikdə, UEFA tərəfindən “Qarabağ”a ayrılmış 1 178 200 (bir milyon yüz yetmiş səkkiz min 200) avro vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Sonda onu da xatırladaq ki, “Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Olimpik” (Marsel) klubu ilə qarşılaşacaq. İlk oyun fevralın 17-də səfərdə, cavab matçı isə ayın 24-də Bakıda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: