UEFA Serbiya və Albaniya yığmalarına qarşı təhqiqat açdı

UEFA AÇ-2024-ün 1-ci turunda İngiltərə yığması ilə oyundan (0:1) sonra Serbiya yığmasına qarşı intizam işi üzrə təhqiqata başlayıb.

Arena.az məlumat verir ki, Serbiya yığma komandasına qarşı növəbti ittihamlar irəli sürülüb:

“Əşyaların atılması” və “idman tədbirinə müvafiq olmayan təxribat xüsusiyyətli ismarışların ötürülməsi”.

UEFA-nın etika və intizam məsələləri üzrə məsul işçisi həmçinin iddia edilən “ayrı-seçkilik davranışı” ilə bağlı intizam təhqiqatı aparacaq.

Araşdırmalara artıq başlanıldığı və hazırda davam etdiyi vurğulanır.

Xatırladaq ki, Serbiya yığması ilk turda məğlubiyyətindən sonra “C” qrupunun yarış cədvəlində xalsız olaraq sonuncu, 4-cü yerdə qərarlaşıb.

Qitə futbol qurumu AÇ-2024-ün 1-ci turunda İtaliya – Albaniya oyunundan (2:1) sonra Albaniya Futbol Federasiyasına (FSHF) qarşı da intizam işi açıb. Albaniya Futbol Federasiyasına qarşı, meydana yad əşyalar atma, pirotexniki vasitələrdən istifadə etmə, futbol meydanına soxulma və təxribat xüsuslu ismarışlar vermə ittihamlarından ibarət “buket” irəli sürülüb.

İlk turda məğlub olmuş Albaniya yığması “B” qrupunda xalsız olaraq 3-cü yerdə qərarlaşıb. “Qartallar” 2-ci tur çərçivəsində iyunun 19-da Xorvatiya yığması ilə qarşılaşacaqlar. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: