UFC prezidenti Dana Uayt naməlum şəxsin onun Levant şəhərində (Men ştatı, ABŞ) yerləşən evinə soxulmağa cəhd etdiyi haqda məlumat verib.
Arena.az xəbər verir ki, Uayt bu məlumatı quldurun təhlükəsizlik kamerasına düşmüş fotoşəklini sosial şəbəkədə yerləşdirərək ictimailəşdirib:
“Bu əclaf Levantda, Men ştatında mənim giriş qapımı vurub sındırmağa çalışıb. Polisə onun kim olduğunu deyən ilk şəxsə mən 2500 dollar ödəyəcəyəm”, – Uayt bildirib.
Sinqapurda keçirilən UFC Fight Night 225 turnirində iştirak etməyən Uaytın, oğru evinə soxulmağa cəhd edərkən, bu an ailəsi ilə birlikdə evdə olduğu da bildirilir.
Uaytın tədbiri özünü çox gözlətməyib. Tezliklə qəsbkar ələ keçib. UFC prezidenti bu münasibətlə sosial şəbəkələrdə evinə girməyə cəhd edən şəxsin tutulmasından danışan yeni paylaşım edib:
“Levant şəhərinin hüquq-mühafizə orqanlarına təşəkkür edirəm. Əməyinizi yüksək qiymətləndirirəm, uşaqlar. Onu tutublar. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm” – Uayt yazıb.
Dana Uayt qarışıq döyüş növləri dünyasında ən uğurlu promouterlərdən biridir. Eyni zamanda, bu vəzifədə uğur qazanmasına rəğmən, Uayt sərt açıqlamalarına görə mütəmadi olaraq tənqid edilir. Promouşenin bəzi döyüşçüləri daha çox qazana biləcəklərinə inanırlar və mövcud ödənişləri ədalətsiz və aşağı sayırlar. Belə bir fikirlə xüsusilə ağır çəkidə keçmiş liqa çempionu Frensis Nqannu çıxış edirdi.



