Ukrayna yığmasının Azərbaycanla oyun üçün heyəti bəlli oldu

Futbol üzrə Ukrayna yığmasının DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycana qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, baş məşqçi Sergey Rebrov 25 futbolçu dəvət edib.

Siyahıda bu futbolçular yer alıblar:

Qapıçılar: Georgi Buşan (“Polesye”), Anatoli Trubin (“Benfika”, Portuqaliya), Dmitro Rıjnik (“Şaxtyor”);

Müdafiəçilər: İlya Zabarnı (PSJ, Fransa), Aleksandr Svatok (“Ostin”, ABŞ), Valeri Bondar, Mikola Matvienko, Yuxim Konoplya (hamısı “Şaxtyor”), Aleksandr Timçik (“Dinamo”, Kiyev), Vitali Mikolenko (“Everton”, İngiltərə), Boqdan Mixayliçenko (“Polesye”);

Yarımmüdafiəçilər: Yeqor Yarmolyuk (“Brentford”, İngiltərə), İvan Kalyujnı (“Metallist”), Mikola Şaparenko, Vladimir Brajko, Nazar Voloşin (hamısı “Dinamo”, Kiyev), Georgi Sudakov (“Benfika”, Portuqaliya), Artyom Bondarenko (“Şaxtyor”), Aleksey Qutsulyak, Aleksandr Nazarenko (hər ikisi “Polesye”), Viktor Siqankov (“Jirona”, İspaniya), Aleksandr Zubkov (“Trabzonspor”, Türkiyə), Ruslan Malinovski (“Cenoa”, İtaliya);

Hücumçular: Artyom Dovbik (“Roma”, İtaliya), Vladislav Vanat (“Jirona”, İspaniya);

Sergey Rebrov bu oyunçulardan hansısa sıradan çıxacağı halda, onu əvəz etmək üçün ehtiyat heyət də müəyyənləşdirib. Bu siyahıda isə 6 futbolçu yer alıb:

Ehtiyat heyət: Ruslan Neşeret, Aleksandr Pixalyonok (hər ikisi “Dinamo”, Kiyev), Oleq Oçeretko, Dmitri Kriskiv (hər ikisi “Şaxtyor”), Yevgeni Çeberko (“Kolambus Kryu”, ABŞ), Maksim Taloverov (“Stok Siti”, İngiltərə).

Qeyd edək ki, Ukrayna millisi D qrupunda, oktyabrın 10-da Reykyavikdə İslandiya, 13-də isə Krakovda Azərbaycan millisi ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: