Futbol üzrə Niderland yığmasının və İspaniyanın “Valensiya” klubunun qapıçısı Yasper Sillesen azı bir ay yaşıl meydanlardan uzaqda qalacaq.
Arena.az xəbər verir ki, 31 yaşlı qolkiper ölkəsinin milli komandasının düşərgəsində zədələnib.
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Türkiyə ilə səfər oyunundan öncə isinmə hərəkətləri edərkən zədələnən futbolçi həmin görüşdə meydana çıxa bilməmişdi. Komandası isə onun yoxluğunda 2:4 hesablı məğlubiyyətə üzülmüşdü.
“Valensiya”nın mətbuat xidməti futbolçunun son durumu ilə bağlı açıqlama yayıb. Klubdan verilən məlumata görə, sol dizindən ağır zədə almış Yasper Sillesen azı 5-6 həftə yaşıl meydanlardan kənarda qalmalı olacaq.


