Niderland futbolunun əfsanəsi Marko van Basten Çempionlar Liqasının final oyunu ərəfəsində musiqi nömrəsini tənqid edib.
Arena.az məlumat verir ki, keçmiş hücumçu amerikan rok qrupu “Linkin Park”ın çıxışını dəhşətli, bu çıxışın təşkili gerçəkləşdirmiş UEFA-nın müvafiq təşəbbüsünü isə təşkilatın adına biabırçılıq adlandırıb:
“Linkin Park”ın çıxışı dəhşətli idi, sadəcə dəhşətli. Bu, bir biabırçılıqdır ki, UEFA müvafiq hala yol verir. Oyunçular həyatlarının ən əsas oyununa hazırlaşmaqda ikən. UEFA bunu FIFA-dan təqlid edib. Onların, oyunçuları belə yayındırması axmaqlıqdır. Düşünürəm ki, bu, büsbütün sarsaqlıqdır”, deyə Van Basten vurğulayıb.
Xatırladaq ki, “Linkin Park” çıxşı zamanı Emili Armstronq və Mayk Şinoda ilə birlikdə “The emptiness machine”, “In the end”, “Numb” və “Heavy is the crown” kompozisiyalarını ifa edib.
Final oyunuda isə Fransa nəhəngi PSJ İtaliya nəhəngi “İnter”i 5:0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə mötəbər qənimət qazanıb.


