Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı rəsmi olaraq dəyişdirilib. Arena.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Bundan sonra sözügedən qurum Azərbaycan Velosiped Federasiyası (AVF) adlandırılacaq.
Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb. Federasiya yeni adla Ədliyyə Nazirliyində rəsmi qeydiyyata da alınıb.
Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib. Yaxın günlərdə Azərbaycan Velosiped Federasiyasının yenilənmiş saytı da oxucuların istifadəsinə veriləcək.


