Vernidub: “Növbəti oyunlarda daha fərqli komanda görəcəyik”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Sloveniyadakı toplanış çərçivəsində ÇFR (Kluj) komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Rumıniya təmsilçilərinin görüşü “ağ-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Təlim-məşq toplanışında ilk yoxlama görüşümüz idi. Buna qədər yalnız öz aramızda ikirətəfli oyun keçirmişdik. Futbolçuların çoxuna şans verməyə çalışdıq ki, mümkün qədər hamını iş başında görək. Fərqli-fərqli hissələr oldu. Breno Almeydanın belində yüngül narahatlığı var idi, bu səbəbdən meydana buraxmadıq. Alessio Kurçi isə matç zamanı çiynindən zədələndi, vəziyyəti indi qiymətləndirilir. Gənc oyunçulara da şans verdik.

Ümumilikdə oyundan razı qaldım. Rəqibimiz güclü və keyfiyyətli komanda idi. Bəzi səhvlər üzərində işləyəcəyik, getdikcə artıracağıq. Növbəti oyunlarda daha fərqli, sürətli və hərəkətli komanda görəcəyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: