Vilfrid Sinqo 30 milyon avroya “Qalatasaray”a keçdi

Futbol üzrə Kot-d’İvuar millisinin və “Monako”nun mərkəz müdafiəçisi Vilfrid Sinqo bundan sonra “Qalatasaray”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

“Qalatasaray” bu keçidə görə “Monako”ya 30,77 milyon avro ödəyib. 24 yaşlı müdafiəçi İstanbil təmsilçisi 5 illik müqavilə imzalayıb. Afrikalı futbolçu yeni klubunda ilinə 4,8 milyon avro qazanacaq.

Vilfrid Sinqo “Monako”da iki mövsüm keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol və 3 ötürmə ilə yadda qalıb.

Sinqo əvvəllər uzun müddət İtaliyanın “Torino” klubunun uğurları üçün çalışıb – 109 oyun, 7 qol, 10 assist.

Müdafiəçi 2021-ci ildə debüt etdiyi Kot-d’İvuar millisinin heyətində 29 oyun keçirib, 3 qol və 3 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: