Villi Sanyol Gürcüstan millisindən getdi – Rəsmi

Fransalı futbol mütəxəssisi Villi Sanyol beş ildir rəhbərlik etdiyi Gürcüstan milli komandasının baş məşqçisi vəzifəsini tərk edib.

Arena.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyası məlumat yayıb.

Fransalı mütəxəssisi 2028-ci ilin sonunadək gürcüstanlı Ramaz Svanadze əvəzləyəcək.

Villi Sanyol 2021-ci ilin fevralından Gürcüstan millisinin baş məşqçisi vəzifəsində çalışırdı. Bu müddətdə komanda onun rəhbərliyi altında 57 oyun keçirib.

Sanyolun rəhbərliyi ilə Gürcüstan millisi tarixində ilk dəfə 2024-cü ildə Avropa çempionatının final mərhələsində iştirak edib. Komanda turnirdə qrup mərhələsini keçərək 1/8 finala yüksəlib.

Ramaz Svanadze isə bu günədək Gürcüstanın U-21 millisinin baş məşqçisi olub. Onun rəhbərliyi ilə gənclər yığması iki dəfə Avropa çempionatının final mərhələsində iştirak edib.

Svanadzenin əsas milliyə keçməsindən sonra U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son üç oyunda komandanı onun köməkçisi Georgi Adamiya çalışdıracaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: