“Vilyarreal” 12 milyon avroluq hücumçu transfer etdi

İspaniyanın “Vilyarreal” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi Fransanın “Reyms” klubundan Bulaye Dianı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

“Vilyarreal” seneqallı futbolçu üçün Fransa klubuna 12 milyon avro ödəyib.

Bulaye Dia 2018-ci ildən “Reyms”in uğurları üçün çalışırdı. O, ötən mövsüm bu komandanın heyətində Liqa 1-də 16 qola imza atıb.