Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov DÇ-2024-ün elit raundunda Rumıniyaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, bu gün Bakıda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib – 5:5.
Qarşılaşmadan sonra Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Uşaqlar çox yaxşı oynadılar. Matç bizim nəzarətimiz altında keçdi. Rumıniya yaxşı müdafiə olunan komandadır. Oyundan əvvəl bunu uşaqlara demişdik. Bütün oyunu öndə idik. Sadəcə, təcrübəmiz çatmadı. Rumıniya say üstünlüyü ilə daha yaxşı oynayır. Komandada 80 faiz yeni oyunçularımız var. Oyunçulardan çox razı qaldım”.


