“Xankəndi” Zaur Hacıyevi istefaya göndərdi

Azərbaycanın futbol üzrə Birinci Liqasında mübarizə aparan “Xankəndi” komandasının baş məşqçisi Zaur Hacıyev istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klubla Zaur Hacıyev arasındakı əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub Zaur Hacıyevə göstərdiyi fəaliyyətə və komandaya verdiyi töhfələrə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xatırladaq ki, bölgə təmsilçisi bu ilin yanvar ayında Zaur Hacıyevə tapşırılmışdı. UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib. O, bu klubun müxtəlif yaş qruplarındna ibarət komandalarla ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edib. Hacıyev “Karvan”da da köməkçi məşqçi kimi çalışıb.

“Xankəndi” Birinci Liqada cari mövsümün geridə qalmış hissəsində 3 oyun keçirib, 1 heç-heçə və 2 məğlubiyyət görüb. Qələbəyə həsrət olan komanda 1 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: