“Xarı Bülbül” Slovakiya klubuna ilk oyunda qalib gəldi

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) komandası bu gün avrokuboklarda debüt edib.

Arena.az xəbər verir ki, ölkəmizi Çelenc Kubokunda təmsil edən komanda turnirin 1/32 final mərhələsində Slovakiyanın “Spartak” (Miyava) kollektivi ilə üz-üzə gəlib.

Bu komandalar arasındakı ilk qarşılaşma bu gün Bakıda, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub. Şuşa təmsilçisi qonaqları hər üç setdə məğlub edərək matçın qalibi olub.

Azərbaycan və Slovakiya təmsilçiləri arasındakı cavab qarşılaşması tərəflərin razılığına əsasən sabah yenə Bakıda keçiriləcək. Bu oyun da eyni məkanda baş tutacaq və saat 18:00-da başlayacaq.

Çelenc kuboku
1/32 finalın ilk oyunu
25 oktyabr

“Xarı Bülbül” (Şuşa) – “Spartak” (Miyava) 3:0 (25:23, 25:21, 27:25)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: