“Barselona”nın sabiq baş məşqçisi Xavi yarımmüdafiəçi Serci Robertonun Kataloniya klubundan ayrılmasına münasibətini bildirib.
Arena.az ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Hər şeydə nümunə” – Xavi sosial şəbəkələrdən birində paylaşıb.
“Barselona”nın sabiq futbolçusu Andres İnyesta da Serci Robertonun Kataloniya klubundan ayrılmasına münasibət bildirib. İnyestanın bu barədə fikrini təqdim edirik:
“Barselona”da uzun illər keçirdikdən sonra arzunu həyata keçirdiyin üçün səni təbrik edirəm. Səninlə bu qədər uzun müddət eyni komandada oynadığım üçün şadam. Sənə ən yaxşısını arzulayıram”, deyə İnyesta vurğulayıb.
Xatırladaq ki, Serci Roberto “Barselona”nın yetirməsidir. Yarımmüdafiəçi bütün karyerası ərzində “Barselona”nın heyətində bütün yarışlarda 373 oyun keçirib, 19 qol vurub, 43 məhsuldar ötürmə verib.
Roberto 2016-cı ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 11 oyun keçirib, 1 qol vurub.
“Transfermarkrt” internet-portalı 32 yaşlı ispan mərkəz yarımmüdafiəçisi Serci Robertonun transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Roberto hazırda azad agent qismindədir və gələcək karyerası ilə bağlı hansı qərarda olması açıqlanmır.


