Xayme Romero “Qarabağ”da yubiley qolunu vurdu

Xayme Romero “Qarabağ”ın heyətində 10-cu qoluna imza atıb.

Arena.az xəbər verir ki, ispan futbolçunun yubiley qolu Premyer Liqanın 17-ci turuna təsadüf edib.

O, “Səbail”lə qarşılaşmada (1:0) həlledici qolun müəllifi olub. Xayme “Qarabağ”ın heyətindəki 10 qoldan 4-nü Premyer Liqa, 1-ni Azərbaycan kuboku, 5-ni avrokuboklarda vurub. “Azersun Arena”dakı top legioner futbolçunun cari mövsüm Premyer Liqada ilk qolu olub. O, çempionatda sonuncu dəfə ötən il fevralın 15-də “Zirə” ilə səfər matçında (6:0) fərqlənib.

Qeyd edək ki, Romero ilk qolunu 2019-cu iyulun 31-də İrlandiya təmsilçisi “Dandolk”la Çempionlar Liqasının ev görüşündə (3:0) vurub.