Xorxe Sampaoli “Flamenqo”dan qovuldu

Braziliyanın “Flamenqo” klubunun rəhbərliyi komandanın Argentinadan olan baş məşqçisi Xorxe Sampaoli ilə vidalaşmağa qərar verib.

Arena.az xəbər verir ki, 63 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də istefaya göndərilib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. İstefaya Sampaolinin rəhbərliyi altında komandanın qeyri-sabit çıxışı səbəb olub. Belə ki, son 4 oyunda 2 məğlubiyyət, 2 heç-heçə görən “Flamenqo” əsas rəqiblərindən olan “San Paulo”ya kubokun finalında uduzaraq titulsuz qalıb. A Seriyasında isə komanda 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Xorxe Sampaoli bu ilin aprelində “Flamenqo”nun baş məşqçi postunda portuqaliyalı mütəxəssis Vitor Pereyranı əvəz etmişdi. Onun rəhbərliyi altında “Flamenqo” 39 oyun keçirib: 20 qələbə, 11 heç-heçə və 8 məğlubiyyət. Argentinalının bu klubla müqaviləsinin müddəti 2024-cü ilin 31 dekabrına kimi idi.

Sampaoli daha öncə “Sevilya”, “Atlletiko Mineyro”, “Olimpik” (Marsel), “Santos”, “Universidad de Çili”, “Emelek” kimi klublara, Çili və Argentina yığmalarına da rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: