Yassin Benzya 6 il sonra döndüyü millidə qol vurdu

“Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi Yassin Benzya 6 il sonra Əlcəzair yığma komandasının heyətində oyuna çıxıb.

Arena.az xəbər verir ki, Əlcəzair millisi “FİFA series – Edition 2024” layihəsi çərçivəsində doğma meydanda Boliviya yığması ilə qarşılaşıb.

Beş qolun qeydə alındığı matçda Əlcəzair millisi 3:2 hesablı qələbəyə sevinib. “Qarabağ”ın 29 yaşlı futbolçusu bu görüşün 2-ci hissəsində meydana daxil olub. Yassin Benzya milliyə 6 ildən sonrakı qayıdışını qolla qeyd edib. Belə ki, o, 79-cu dəqiqədə komandasının 2-ci qolunu vurub.

Xatırladaq ki, Benzya sonuncu dəfə 2018-ci ilin noyabrında Əlcəzair yığmasına çağırılmışdı. Onun komandası martın 27-də Cənubi Afrika yığması ilə də yoldaşlıq matçı keçirəcək.

Ötən gecə dünyanın yaşıl meydanlarında yığma komandaların iştirakı ilə başqa yoxlama oyunları da keçirilib. Qardaş ölkə Türkiyənin bir nömrəli komandası Macarıstan yığması ilə üz-üzə gəlib və məğlub olub. İspaniya yığması da Kolumbiyaya uduzub. Sonuncu dünya çempionu Argentina isə Salvadoru 3 cavabsız qolla yenib.

Yoxlama oyunları
22 mart

Beliz – Puerto Riko 1:1
Mərkəzi Afrika – Butan 6:0
Madaqaskar – Burundi 1:0
Botsvana – Ruanda 0:0
Şimali Makedoniya – Moldova 1:1
Şri Lanka – Papua Yeni Qvineya 0:0
Ermənistan – Kosovo 0:1
Qana – Nigeriya 1:2
Lixtenşteyn – Farer adaları 0:4
Norveç – Çexiya 1:2
Bermuda – Bruney 2:0
Kamboca – Ekvatorial Qvineya 0:2
Seneqal – Qabon 3:0
Albaniya – Çili 0:3
Macarıstan – Türkiyə 1:0
Niderland – Şotlandiya 4:0
Rumıniya – Şimali İrlandiya 1:1
Misir – Yeni Zelandiya 1:0
İspaniya – Kolumbiya 0:1
Əlcəzair – Boliviya 3:2
Komor adaları – Uqanda 4:0
Burkina Faso – Liviya 1:2
Mavritaniya – Mali 0:2
Mərakeş – Anqola 1:0
Niger – Toqo 1:2
Sudan – Qvineya Bisau 1:0
Argentina – Salvador 3:0
Peru – Nikaraqua 2:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: