Yüksək Liqa: “Neftçi” itkisiz irəliləyir

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün oyunları “Olimpik Star”da baş tutub.

İlk matçda lider “Neftçi” orta pillələrdə qərarlaşmış “Şuşa”nı qəbul edib. Əvvəlki iki oyundamaksimum xal toplamış “Neftçi” seriyanı davam etdirib. Böyükhesablı qələbə sayəsində “ağ-qaralar” zirvədəki yerini qoruyub.

Turun ikinci oyunu gözlənildiyi kimi, “Araz-Naxçıvan” üçün məşq xarakterli olub. Son çempion rəqibini böyük hesabla üstələyib.

Son oyuna U-19 qolla başlasa da, birinci hissənin son 3 dəqiqəsində qapısında 3 qol görüb.

Yüksək Liqa
3-cü tur
2 oktyabr

Neftçi İK – Şuşa 12:2
Qollar: Nihad İsmayılov, 4:52, Nüsrət Fərzəli, 7:04-öz qapısına. Emil Həsənzadə, 8:08; 21:09; 26:25. Yaqo Henrike, 8:51; 17:34; 35:03; 36:33. Allef Mayolli, 9:31. Əjdər Əjdərov, 18:36. Kərim İbrahimov, 39:49 – Sadegh Javiditabar, 7:59; 28:00.
Hakimlər: Əli Cəbrayılov, Hidayət Feyzullayev, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

Araz-Naxçıvan – Lənkəran 13:2
Qollar: Valerio Covanni, 3:17; 10:45. Aleks Teyşeyra, 4:13; 13:07. Luicci Lonqo, 4:39; 7:01. Ülvi Əliyev, 11:11. Mirzə Əmirov, 16:02. Jean Perruzo, 18:46. Alleks Rezende, 29:28; 30:45. Filipinyo, 30:20. Ədalət Ələkbərov, 34:59-pen – Ümid Qəhrəmanov, 29:21. Orxan Qədirov, 38:25.
Hakimlər: Knyaz Əmiraslanov, İmran Məhərrəmov, Anar Fərəcov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 15:00.

Baku Fire – U-19 6:2
Qollar: Kənan Manafov, 17:44; 26:45. Eldar Zeynalov, 18:16. Azər Manafov, 18:22. Rüfət Məmmədli, 27:15. Novruz Kazıxanov, 38:19 – Nicat Əzizli, 4:14. Oqtay Mahmudzadə, 33:57.
Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Elgün Hüseynov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: