Yunanıstan millisinin yeni baş məşqçisi bəlli oldu

Futbol üzrə Yunanıstan millisinin yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Qustavo Poyet çalışdıracaq.

Bu barədə Yunanıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 54 yaşlı mütəxəssislə müqavilənin müddəti 2023-cü ilin dekabr ayına qədər nəzərdə tutulub. Uruqvaylı məşqçi daha öncə milli komanda çalışdırmayıb. O, “Brayton”, “Sanderlend”, AEK (Afina), “Betis”, “Şanxay Şenxua”, “Bordo” və “Universidad Katolika” kimi komandalara rəhbərlik edib.

Qustavo Poyet Yunanıstan millisinin baş məşqçi postundan istefaya göndərilən Con Vant Sxipi əvəzləyib. Niderlandlı mütəxəssis 2019-cu ildən bu komandaya rəhbərlik edirdi. Sözügedən yığma 58 yaşlı bu məşqçinin rəhbərliyi altında 26 oyuna çıxıb, 11 qələbə qazanıb, 9 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: