Yunanıstan yığmasının üzvü hovuzda ölü tapıdı

“Panatinaikos”un və Yunanıstan yığmasının 31 yaşlı sağ cinah müdafiəçisi Corc Boldok evindəki hovuzda ölü tapılıb.

Arena.az bu barədə Yunanıstanın “Sport24” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, oktyabrın 9-da futbolçu Afinadakı evinin hovuzunda ölü vəziyyətdə aşkarlanıb. Bildirilib ki, Boldokun bədənində heç bir xəsarət aşkar edilməyib. Təxmin edilir ki, Boldok, meyiti aşkarlanmamışdan bir neçə saat əvvəl dünyasını dəyişib. Ölümün səbəbi ilk təxminlərə görə, futbolçunun suda boğulması güman edilir.

Corc Boldok “Milton Kins Dons” klubunda futbola qədəm qoyub. Karyerası ərzində “Northempton Taun”, “Tamuort”, “Vestmannaeyyar”, “Oksford Yunayted”, “Şeffild Yunayted” və “Panatinakos”da çıxış edib.

Corc Boldok 2022-ci ilin iyununda debüt etdiyi Yunanıstan yığmasının heyətində 12 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

Boldok futbolda heç bir qəniət qazanmayıb.