Zamiq Əliyev “Teuta”ya qarşı bir hissə oynadı

Azərbaycanın U-21 millisinin sabiq mərkəz müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025 mövsümünün 9-cu turu çərçivəsində “Teuta” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Əliyev bu oyuna ehtiyatda başlasa da, fasilədən dərhal sonra meydana buraxılıb və bir hissə oynayıb.

“Eqnatiya” 9 turdan sonra 15 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 2-ci pillədə qərarlaşıb. Yarış cədvəlinə 15 xalı olan “Partizani” rəhbərlik edir.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 12 oyuna çıxıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi əsas millimizdə debüt şansı qazanmayıb.

“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: