Zamiq Əliyev üçün Çempionlar Liqasında uğursuz gecə

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün 1-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə cavab oyunları çərçivəsində daha 6 qarşılaşma baş tutub.

Moldova çempionu “Petrokub” Qazaxıstan təmsilçisi “Ordabası”nı mübarizədən kənarlaşdırıb. Cütün taleyini 1 qol həll edib.

Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə uduzduğu “Borats”ı doğma meydanda məğlub edib. İki oyunun nəticəsi bərabər olduğu üçün qalib penalti seriyasında bəlli olub. Albaniya çempionu iki zərbəni qeyri-dəqiq yerinə yetirərək turnirlə vidalaşıb. Əliyev 105 dəqiqə meydanda mübarizə aparıb. O, zədələnərək, meydanı tərk edib.

Xatırladaq ki, Zamir Əliyev “Borats”la ilk oyunda da forma geyinmişdi. Albaniya klubuna bu yay keçmiş azərbaycanlı futbolçu debüt matçında 90+4-cü dəqiqədə əvəzlənmişdi.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi iyulun 23-də start götürəcək. Azərbaycan çempionu “Qarabağ” da məhz bu mərhələdən mübarizəyə qoşulacaq və Cəbəllüttariq təmsilçisi “Linkoln”la mübarizə aparacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
17 iyul

“Struqa” (Şimali Makedoniya) – “Slovan” (Slovakiya) 1:2
İlk oyun – 2:4

“Petrokub” (Moldova) – “Ordabası” (Qazaxıstan) 1:0
İlk oyun – 0:0

“Dinamo” (Batumi, Gürcüstan) – “Lüdoqorets” (Bolqrasıtan) 1:0
İlk oyun – 1:3

“Differdanj” (Lüksemburq) – “Klaksvik” (Farer adaları) 0:0
İlk oyun – 0:2

“Eqnatiya” (Albaniya) – “Borats” (Bosniya və Herseqovina) 2:1 (penaltilər 1:4)
İlk oyun – 0:1

“Larne” (Şimali İrlandiya) – RFS (Latviya) 0:0
İlk oyun – 0:3

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: