“Zirə” Konfrans Liqasının pley-offunda – Tarixində ilk dəfə!

“Zirə” bu gün futbol üzrə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Xorvatiya təmsilçisi “Osiyek”lə qarşılaşıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı cavab görüşü Mərdəkanda baş tutub.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda səfərdən sərfəli nəticə ilə dönməyi bacarmışdı. Doğma meydanda baş tutan cavab görüşünün də əsas vaxtı məhsuldar heç-heçə ilə yekunlaşıb – 2:2. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Amma bu hissədə başqa qol qeydə alınmadığından futbolçular penaltilər seriyasında bəxtlərini sınayıblar. 11 metrlik zərbələrdə daha dəqiq olan “Zirə” tarixi uğura imza ataraq Konfrans Liqasının pley-offuna vəsiqə qazanıb.

Qeyd edək ki, “Zirə”ni pley-off mərhələsində Kipr təmsilçisi “Omoniy” ilə oyunlar gözləyir. Bu mərhələnin oyunları avqustun 22-də və 29-da keçiriləcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
15 avqust

“Zirə” – “Osiyek” 2:2
Qollar: Qismət Alıyev, 55-pen. Davit Volkov, 90 – Vedran Yuqoviç, 37. Anton Matkoviç, 81.
Hakimlər: Yulian Veinberger, Maksimilian Kolbitş, Andreas Vitsçniqq, Stefan Ebner.
VAR hakimləri: Valter Altmann, Andreas Heyss (hamısı Avstriya).
Mərdəkan. “Dalğa Arena”.
İlk oyun – 1:1.

Penalti seriyası
Petar Pusic – 0:0 (qapıçı)
Qismət Alıyev – 0:0 (qapıçı)
Darko Neyaşmiç – 0:1
Ruan Renato – 1:1
Kemal Ademi – 1:1 (qapıçı)
Ceyhun Nuriyev – 1:1 (qapıçı)
Pedro Lima – 1:1 (qapıçı)
Məqsəd İsayev – 1:1 (qapıçı)
Şimun Mikolçiç – 1:1 (qapıçı)
Radael Utziq – 2:1

Zirə: 97. Tyaqo Silva, 70. İssa Cibrilla (7. Məqsəd İsayev, 106), 3. Ange Mutsinzi, 4. Ruan Renato, 32. Qismət Alıyev (k), 6. Eldar Quliyev (11. Rüstəm Əhmədzadə, 69), 8. İsmayıl İbrahimli (21. Hacıağa Hacılı, 75), 15. Pyer Zebli (19. Salifu Suma, 82), 18. Martins Junior (29. Ceyhun Nuriyev, 69), 23. Rafael Utziq, 90. Davit Volkov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 5. Stefan Akka, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov.
Baş məşqçi: Rəşad Sadıqov.

Osiyek: 1. Nikola Çavlina, 36. Nail Ömeroviç, 26. Luka Yeleniç, 14. Marko Soldo (98. Şimun Mikolçiç, 65), 22. Roko Yurişiç, 66. Petar Pusic, 6. Darko Neyaşmiç, 7. Vedran Yuqoviç (k) (10. Pedro Lima, 74), 39. Domaqoy Bukviç (55. İvan Kviyanoviç, 84), 9. Kemal Ademi, 34. Anton Matkoviç.
Ehtiyat oyunçular: 15. Tin Sayko, 31. Marko Malenika, 4. Kreşimir Vrbanaç, 11. Risenio Keval, 18. Niko Farkaş, 43. Dominik Babiç, 46. İvan Bariç, 49. İvano Kolarik.
Baş məşqçi: Federiko Koppitelli.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: