Əfsanəvi futbolçu Pele vəfat etdi

Futbol üzrə Braziliya milli komandasının sabiq hücumçusu Pele vəfat edib. Arena.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Əfsanəvi futbolçu müalicə aldığı xəstəxanaya dünyasını dəyişib. O, noyabrın 29-da düz bağırsağın xərçəngi, tənəffüs yolu infeksiyasının müalicəsi üçün kimyaterapiya kursunu tənzimləmək üçün xəstəxanaya yerləşdirilmişdi. Lakin həkimlər onun vəziyyətinin heç də yaxşı olmadığını bildirirdilər. Bir neçə gün öncə reanimasiya şöbəsinə yerləşdirilən keçmiş futbolçu, ailə üzvləri ilə də vidalaşmışdı.

Xatırladaq ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qola imza atıb. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə 20-ci əsrin ən yaxşı futbolçusu elan edilib.

Hücumçu Braziliyanın “Santos” (1956-1974-cü illər) və Amerikanın “Nyu-York Kosmos” (1975-1977) komandalarının heyətində çıxış edib. O, karyerası ərzində vurduğu 1279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: