“Əl-Hilal” Lionel Messinin “İnter Mayami”sini məğlub etdi – Video

Yanvarın 29-da, axşam saatlarında Səudiyyə Ərəbistanının “Əl-Hilal” və ABŞ-ın “İnter Mayami” komandalarının yoldaşlıq oyunu keçirilib.

Arena.az məlmat verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Kinqdom Arena”da baş tutmuş oyun meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

10-cu dəqiqədə Sergey Milinkoviç-Saviçin ötürməsindən sonra Aleksandr Mitroviç meydan sahiblərini önə keçirib. Cəmi üçcə dəqiqə sonra, 13-cü dəqiqədə Abdulla Əl-Həmdan meydan sahiblərinin üstünlüyünü artırıb. 34-cü dəqiqədə Luis Suares “vağlar”ın heyətində debüt qolunu vuraraq, hesab arasındakı fərqi azaldıb. Amma 10 dəqiqə sonra Maykl yenidən hesabdakı fərqi bərpa edib – 3:1. Fasiləsən sonra “İnter Mayami” toparlanaraq geri dönüş edib. İkicə dəqiqə ərzində Messi hesabın bərabərləşməsində böyük rol oynayıb. 54-cü dəqiqədə “Leo” penaltini dəqiq yerinə yetirib, 55-ci dəqiqədə isə Messi Ruisə məhsuldar ötürmə verib – 3:3. Amma Səudiyyə Ərəbistanı nəhəngi bununla barışmaq fikrində olmayıb. Oyunun sonlarında, 88-ci dəqiqədə “Əl-Hilal”ın braziliyalı ulduzu Malkom səhnəyə çıxaraq 4-cü qolu qonaqların qapısına göndərib – 4:3.

Vurğulayaq ki, bu görüş ərəfəsində mətbuat oyunu iki futbol məktəbinin – amerikan və ərəb futbolunun qarşılaşması kimi qələmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: