Fransa millisinin sabiq hücumçusu Lui Saha “Çelsi”nin yeni baş məşqçisi Xabi Alonsonun komandadakı perspektivlərini dəyərləndirib.
Arena.az xəbər verir ki, veteran futbolçu hesab edir ki, London klubu bu mövsüm çempionluq uğrunda mübarizə apara və titul qazana bilər.
“Çelsi” yeni Premyer Liqa mövsümünə ilk turda “Fulhem” üzərində 3:2 hesablı əzmkar qələbə ilə başlayıb. Saha “Tribal Football”a açıqlamasında Alonsonun taktiki bacarığının “aristokratları” yenidən İngiltərə futbolunun zirvəsinə qaytara biləcəyini bildirib:
“Düşünürəm ki, Xabi Alonso bu mövsüm “Çelsi” ilə titul qazana bilər. Futbolçuların onun güclü komanda qurmasına imkan verəcək potensialı var. Biz onun “Bayer”də nəyə qadir olduğunu gördük. Komandanı necə oynatması mənim çox xoşuma gəlirdi”.
Fransalı mütəxəssis Alonsonun yüksək pressinq və yarımmüdafiədə oyuna nəzarəti uğurla birləşdirdiyini vurğulayıb. Onun fikrincə, “Çelsi”də əsas problem orta sahədə sabitliyin və düzgün mövqelənmənin çatışmazlığıdır.
Saha hesab edir ki, Alonso bu problemləri aradan qaldıra bilsə, London klubu mövsümün sonunda əsas titullardan birini qazana bilər.


