33 cüdoçumuz üçün Teplitse sınağı

Azərbaycanı Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında keçiriləcək Avropa Kubokunda təmsil edəcək cüdoçular bəlli olublar.

Arena.az bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Yarışda 16 çəki dərəcəsində 33 (17 oğlan, 16 qız) cüdoçumuz mübarizə aparacaq.

Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, qızlardan ibarət yığmaya isə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Qeyd edək ki, aprelin 5-6-da təşkil olunacaq turnirdə 38 ölkədən 857 idmançı mübarizə aparacaq.

Oğlanlar

50 kq
İbrahim Talıbov
Anar Quliyev

55 kq
Məhəmmədəli Hüsiyev
Rəsul Əlizadə

60 kq
Zeyd Ələsgərov
Röyal Qayıbov

66 kq
Əli Hümbətov
Özqan Quliyev

73 kq
Məhəmməd Ağakişiyev
Ayxan Həsənli
Səid Şərifov

81 kq
Amin Mehdiyev
Abdullah Rəhmətov

90 kq
Səid Hüseynov
Nurəddin Əliyev

+90 kq
Sübhan Axundov
Tunar Fərzəliyev

Qızlar

40 kq
Mədinə Hüseynova

44 kq
Gülşən Hüseynova
Xədicə Abdullayeva
Fatimə Abdullayeva

48 kq
Leyla Ələkbərova
Nərmin Ağamirzadə
Könül Eyvazlı
Nərgiz Əhmədova

52 kq
Tövsiyyə Babayeva

57 kq
Aliyə Rüstəmova
Nəzakət Vəliyeva
Gülnaz Məmmədtağıyeva

63 kq
Ayan Əliyeva

70 kq
Məsumə Məmmədli
Rəna Əhmədova

+70 kq
Zemfira Əliyeva

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: