41 yaşlı Luka Modriç Xorvatiya millisində yubiley qolunu vurdu

Xorvatiya millisinin kapitanı Luka Modriç UEFA Millətlər Liqasının qrup mərhələsində Çexiya ilə oyunda yubiley qoluna imza atıb.

Arena.az xəbər verir ki, Praqadakı “Fortuna Arena”da keçirilən qarşılaşmada Xorvatiya millisi Çexiyanı 2:1 hesabı ilə məğlub edib.

41 yaşlı yarımmüdafiəçi görüşün ikinci hissəsinin əvvəlində fərqlənərək Xorvatiya millisində qollarının sayını 30-a çatdırıb. Luka Modriç yığmanın heyətində indiyədək 203 matç keçirib. O, Xorvatiya millisində 2006-cı ilin martından çıxış edir.

Qeyd edək ki, Xorvatiya növbəti oyununu sentyabrın 29-da səfərdə İspaniyaya qarşı keçirəcək.

Yeri gəlmişkən, Xorvatiya millisinin hücumçusu Marko Paşaliç Çexiya üzərində qələbədən sonra Modriçin çıxışını yüksək qiymətləndirib:

“Lukanın ilk qolu möhtəşəm idi! Onun adına çox sevindim. O, yaşın sadəcə rəqəm olduğunu sübut edir. Meydanda hələ də oyunların taleyini həll etməyə qadirdir və əsl əfsanədir”, – deyə Paşaliç UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: