2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək futbol üzrə dünya çempionatı yanvarda baş tuta və bu, müvafiq ayda ilk mundial ola bilər.
Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, yarışın yanvarda keçirilməsi ilə bağlı qərara səbəb, ölkədə yayda havanın bəzən 45 dərəcəyə çatan yüksək hərarəti ola bilər. Eləcə də təqvimə 2034-cü ilin Müqəddəs Ramazan bayramının vaxtı təsir göstərə bilər. Belə ki, ənənəvi olaraq iyunda keçirilən futbol üzrə dünya çempionatının təqvimi o vaxt Ramazan bayramı ilə ilə üst-üstə düşəcək.
Xatırladaq ki, Avstraliya da 2034-cü il futbol üzrə dünya çempionatının təşkilatçısı olmaq hüququ üçün müraciət etmişdi, amma sonra “kenqurular” mundiala ev sahibliyi etmək haqda ərizələrində imtina etdilər. Beləliklə Səudiyyə Ərəbistanı yeganə iddiaçı oldu.


