Del Pyero “Yuventus”un əsas fəsadından söhbət açdı

“Yuventus”un əfsanəsi Alessandro Del Pyero yeni baş məşqçi Tyaqo Mottanın rəhbərliyi altında “byankoneri”nin əsas fəsadından söhbət açıb.

Arena.az “Football Italia” nəşrinə istinadən, italyan keçmiş hücumçunun bu barədə fikrini təqdim edir:

“Yuventus”a qarşı oynayanda böyük ilhama gəlirsiniz. Onlar hələ də böyük komandadır. Bu, hər mənada böyük klubdur. Beləliklə, buraya gəlib onlara qarşı oynayanda yaxşı çıxış etmək istəyirsən. Buna görə də komandanın oyunçuları özlərinə kifayət qədər arxayındırlar: “Mən bura gəlirəm və uğur qazanacağam”.

Fəsad ondadır ki, digər komandalar buna əhəmiyyət vermirlər. Sənə qarşı oynayan digər oyunçuların qorxularını görməlisən. Bu, baş vermir və bu, Tyaqo Mottanın üzərində işləməli olduğu xüsuslardan biridir”, deyə Del Pyero vurğulayıb.

15 oyundan 27 xal toplamış “Yuventus” İtaliya A Seriyasının yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

İtaliya A Seriyasına 34 xalla “Atalanta” başçılıq edir. 14 oyundan 31 xalla 4-cü pillədə qərarlaşmış “İnter” isə mümkün lider qismində üstünlüyə sahibdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: