Joze Mourinyo Bilbao “Atletik”inə məğlubiyyəti şərh etdi

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının Liqa mərhələsinin Bilbao “Atletik”i ilə 6-cı tur ev oyununu (0:2) şərh edib.

Arena.az “Goal” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz diqqət mərkəzində qalmalıyıq. Mən heç vaxt futbolçularıma xəyanət etməyəcəyəm. İndi gərək olan məqam sakitlikdir. Zədəlilər tezliklə qayıdacaqlar, bizi yeni oyunlar gözləyir. Gecələr yata bilməsəm, axşam “Başakşəhər”lə oyuna hazırlaşmağa başlayacağam. Biz keçid dövründəyik, gələcək üçün qarşımıza qoyduğumuz hədəflərə doğru irəliləyirik.

Azarkeşlərin narazılığına gəlincə, bunu müzakirə edə bilmərəm. Azarkeşlər klubumuzun əsasını təşkil edirlər və mən sadəcə onlar üçün səy göstərən və çalışan bir işçiyəm. Mən onları qınamaq fikrində deyiləm, baxmayaraq ki, bu gün bir neçə səhv etdik”, deyə Joze Mourinyo vurğulayıb.

6 oyundan 8 xala “Fənərbaxça” Avropa Liqasının Liqa mərhələsinin yarış cədvəlində 15-ci pillədə qərarlaşıb. Bilbao “Atletik”i isə 16 xalla 1-ci pillədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: