Premyer Liqa: “Zirə” 2024-cü ili qələbə ilə başa vurdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, günün ikinci oyunu “Səbail”lə “Zirə” arasında baş tutub.

Bu komandalar daha öncə 28 oyunda üz-üzə gəlmişdilər. Bu oyunlarda “dənizçilər” 4, “qartallar” 18 qələbə qazanmışdılar, 6 görüşdə heç-heçə qeydə alınmışdı. “Səbail” son 6 oyunda qələbə qazanmamışdısa, “Zirə” son 2 matçda qalib gəlmişdi.

Elə bu görüş də “Zirə”nin xeyrinə yekunlaşıb. Nəticədə qəsəbə təmsilçisi qış fasiləsinə 30 xalla 4-cü pillədə yollanıb. “Səbail” isə 9 xalla sonuncudur.

Premyer Liqa
18-ci tur
21 dekabr

“Səbail” – “Zirə” 0:1
Qol: Georgi Papunaşvili, 77.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Bayıl Arena”, 18:30

Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 8. Qorka Larruçea, 3. Dmitri Litvin, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 15. Vüsal Məsimov, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 36. Azad Əsgərov, 7. Madi Keta, 5. Gitay Sofir.
Baş məşqçi: Cavid Hüseynov.

Zirə: 13. Aydın Bayramov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato (k), 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 22. İldar Ələkbərov, 5. Stefan Akka, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 24. Yusuf Laval, 18. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: