Lamin Yamal keçmiş sevgilisi ilə birlikdə gözə dəydi

“Barselona”nın 17 yaşlı ispaniyalı cinah hücumçusu Lamin Yamal 20 yaşlı braziliyalı tələbə Aleks Padilya ilə birlikdə gözə dəyib.

Arena.az məlumat verir ki, cütlük Dubayda, 2024-cü il “Globe Soccer Awards” mərasimində birlikdə olub.

Sonra cütlük Dubay əyləncə parkında da olub. Bu, onların İspaniya yığmasının 2024-cü il Avropa Çempionatındakı qalibiyyətindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxışıdır.

Xatırladaq ki, daha əvvəl mətbuatda, Lamin Yamal və Padilyanın münasibətlərinə xitam verdiyi haqda məlumat yayılmışdı. Bildirilirdi ki, sosial şəbəkələrdə yayımı zamanı Padilyanı bir oğlanın qucağında oturarkən görmüş Yamalı “qeyrət boğub”. Nəticədə yeniyetmə ulduz braziliyalı gözəldən ayrılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: