“Mançester Siti”nin argentinalı keçmiş hücumçusu Serxio Aquero “şəhərlilər”in qələbəsinə mərc qoyuluşu etməklə ziyana uğrayıb.
Arena.az “Onze Mondial” dərgisinə istinadən məlumat verir ki, Aquero Çempionlar Liqasının 1/16 finalınını ilk oyununda, evdə “Mançester Siti”nin “Real” üzərində qələbəsinə mərc qoyuluşu edib.
Mənbənin məlumatına görə, bu qoyuluş onlayn mərc qoyuluşları üzrə brendlərin biri ilə tərəfdaşlıq çərçivəsində edilib. “Kral klubu”nun 3:2 hesablı qələbəsi nəticəsində isə Serxio Aquero 10 min ABŞ dolları məbləğində ziyana uğrayıb.
Xatırladaq ki, daha əvvəl Serxio iddialı bəyanatı ilə diqqət çəkmişdi. O, “Real”ın “Mançester Siti”ni məğlub edə bilməyəcəyini, belə bir hadisənin baş verəcəyi halda isə öz xayalarını kəsəcəyini car çəkmişdi. Göründüyü kimi, Aqueronun səsi hələ çıxmır.


