Simone İnzaqi: “Mübarizə sona qədər davam edəcək”

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 25-ci turunda “Yuventus”la səfər oyunundan gözləntisini açıqlayıb.

Arena.az “İnter”in rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz hamımız bu oyunun nə demək olduğunu bilirik, bu, bizim üçün və bizim azarkeşlərimiz üçün vacib oyundur. Biz bilirik ki, bizə, qış transder pəncərəsində dəyişiklər etmiş və ardıcıl üç qələbə qazanmış keyifiyyətli bir komandaya qarşı əla bir oyun keçirmək gərək olacaq.

Bizim iddialarımız var, bizim arzu-istəyimiz var və bizim sinəmizdə Skudetto var, hansı ki, biz onu var gücümüzlə qoruyacağıq. “İnter”, “Napoli” və “Atalanta”nın bir neçə xallıq fərqi var, amma digər komandalar da müntəzəm olaraq qalib gəlirlər. Odur ki, mübarizə sona qədər davam edəcək”, deyə Simone İnzaqi vurğulayıb.

“Yuventus” – “İnter” oyunu bu gün, fevralın 16-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.

24 oyundan sonra İtaliya A Seriyasının yarış cədvəlində “Yuventus” 43 xalla 5-ci, “İnter” isə 54 xalla 2-ci pillədə qərarlaşıb. “Neradzurri” mümkün lider qismindədir. A Seriyasına 56 xalla “Napoli” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: