İspaniyanın “Atletiko” klubu ciddi itkilərlə üzləşib.
Arena.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Joao Feliks və sağ cinah müdafiəçisi Kiran Trippyer sıradan çıxıb.
Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə hər iki futbolçunun La Liqanın 30-cu turu çərçivəsində baş tutan “Betis”lə səfər matçında (1:1) zədələndiyi diqqətə çatdırılıb.
Feliks və Trippyer bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. Onların dəqiq bərpa müddəti açıqlanmayıb.
Qeyd edək ki, “Atletiko” bu mövsüm La Liqada keçirdiyi 30 oyunda 67 xal toplayıb və zirvədə qərarlaşıb.


