Bu gün futbol üzrə İspaniya Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
Madrid “Real”ı səfərdə “Real Sosyedad”la qarşılaşıb. Paytaxt təmsilçisi səfərdən tək qolla qalib ayrılıb.
Xatırladaq ki, digər oyunda “Barselona” ilə Madrid “Atletiko”su məhsuldar heç-heçəyə razılaşmışdılar – 1:1.
İspaniya Kubokunda yarımfinalın cavab qarşılaşmaları aprelin ilk günlərində baş tutacaq.
İspaniya Kuboku
Yarımfinalın ilk oyunları
25 fevral
Barselona – Atletiko 4:4
Qollar: Pedri, 19. Kubarsi, 21. İ.Martines, 41. Levandovski, 74 – X.Alvares, 1. Qrizmann, 6. Lyorente, 84. Sörlot, 90+3.
25 fevral
Real Sosyedad – Real 0:1
Qol: Endrik, 19.


