Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Arena.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Bukayo Saka həftənin ən yaxşısı seçilib.
20 yaşlı yarımmüdafiəçi Çexiyanın paytaxtı Praqada “Slaviya”ni 4:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada qollardan birinin müəllifi olub.
Qeyd edək ki, Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına Edin Dzeko (“Roma”, İtaliya), Jerar Moreno (“Vilyarreal”, İspaniya) və Aaron Van-Bissaka (“Mançester Yunayted”, İngiltərə) da namizəd idi.


