Premyer Liqa: “Səbail” “Neftçi” ilə yenə bacarmadı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Bayılda baş tutub.

İki paytaxt təmsilçisi – “Səbail”lə “Neftçi” arasında “Bayıl Arena”da keçirilmiş oyunu Elçin Məsiyev idarə edib. Kubok oyunlarını da nəzərə alsaq, 8 oyundur qələbə üzünə həsrət olan “Səbail” hazırda Premyer Liqanın yarış cədvəlinin sonuncu pilləsində qərarlaşıb. “Neftçi” də son iki oyununda 3 xal qazana bilməmişdi. Bu üzdən hər iki komandanın qələbəyə oynayacağı şübhə doğurmurdu.

Bu, paytaxt klublarının yubiley – 30-cu qarşılaşması olub. Əvvəlki 29 oyunda “Səbail” cəmi 2, “Neftçi” isə 21 qələbə qazanmışdı, 6 görüş bərabərliklə yekunlaşmışdı. “Səbail” 22 oyundur “Neftçi” üzərində qələbə qazanmırdı. “Neftçi” son 19 görüşdə bu rəqibinə qol vurmuşdu.

Üç qolun qeydə alındığı bu oyunda da qələbəni “Neftçi” bayram edib. Xallarının sayını 31-ə çatdıran “ağ-qaralar” hazırda 6-cı pillədə qərarlaşıb.

Premyer Liqa
27-ci tur
16 mart

“Səbail” – “Neftçi” 1:2
Qollar: Rüfət Abdullazadə, 43 – Filip Ozobiç, 17. Elvin Camalov, 29.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 16:00.

Səbail: 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə (k), 10. David Qomis, 3. Dmitri Litvin, 4. Marko Nikoliç, 5. Gitay Sofir.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 74. Yusif Nəbiyev, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 99. İnnosent Nşuti, 7. Madi Keta.
Baş məşqçi: Cavid Hüseynov.
Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 18. Ryonosuke Ohori, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 47. Murad Məmmədov, 6. Rafael Quzzo, 9. Bassala Sambu, 22. Dembo Darboe, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: