“Liverpul” azarkeşi Aleksander-Arnoldun köynəyi yandırdı

“Liverpul”un məzunu, 26 yaşlı ingiltərəli sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold yayda “Real”ın oyunçusu ola bilər.

Arena.az məlumat verir ki, son vaxtlar bu barədə kütləvi informasiya vasitələrində yayımış xəbərlər böyük ehtimalla gerçəkləşəcək.

Bildirilir ki, “Real”ın təmsilçiləri “Liverpul” və Aleksander-Arnoldla artıq razılığa gəliblər. Bu gerçəyi anlamış “Liverpul” azarkeşlərindən biri Aleksander-Arnoldun köyənyini nümayişkəranə surətdə yandıraraq, müvafiq əməlini sosial şəbələ hesabları üzərindən paylaşıb. Videoda, köynək üzərində Aleksander-Arnold soyadı və “66” nömrəsi qeyd edildiyi görünür.

Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir və 2016-cı ilin iyul ayından “qırmızılar”ın əsas komandasında çıxış edir.

İngiltərəli futbolçunun Mersisayd klubu ilə cari müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

Aleksander-Arnoldun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 349 oyun, 22 qol və 87 məhsuldar ötürmədən ibarətdir.

Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.

Trent 2018-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 33 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli sağ cinah müdafiəçisinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.