“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 27-ci turundan təxirə salınmış “Osasuna” ilə ev oyununu (3:0) şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, alman mütəxəssisdən sitat gətirir:
“Bu, uzun bir yoldur. Hazırda biz əla vaxtlar yaşayırıq. Biz hələ çox oyunlar keçirməliyik.
Olmo zədələnib. Təqvim üzrə qarşıdakı iki həftəyə çoxlu oyunlar nəzərdə tutulub, o, bu oyunları buraxa bilər. Mən öz oyunçularımla çox fəxr edirəm. Oyun, oynanılması üçün heç də ən yaxşı günə köçürülməmişdi. Biz buna görə Olmonun zədəsi ilə ağır bədəl ödədik.
Qavi əla bir oyun keçirdi. Onun bu gün necə bir oyun keçirməsi ilə mən qürur duyuram. Onun ciddi zədəsi vardı, o isə oyunu ehtiyat oyunçular skamyasından başlasa da, həmişə hazırdır. O, böyük peşəkardır. Mən ona valehəm”, deyə Flik məmnunluqla vurğulayıb.
“Barselona”nın 25 yaşlı ispan sağ cinah hücumçusu Ferran Torres də “Osasuna” ilə ev oyunundakı 3:0 hesablı qələbəni şərh edib:
“Mən meydanda keçirdiyim hər bir dəqiqədən həzz alıram. Burada, komandama kömək etmək üçün varam. Bizim üçün hər oyun finala bərabərdir”, deyə Torres vurğulayıb.
Xatırladaq ki, Torres “blauqrana”nın qələbəsinə qolla öz töhfəsini verib.
28 oyundan 63 xalla “Barselona” İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir. “Osasuna” isə 33 xalla 14-cü pillədədir.


